Surə 16 · Cüz 14

An-Nahl · 16:93

وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَلَتُسْأَلُنَّ عَمَّا كُنْتُمْ تَعْمَلُونَ

93. Əgər Allah istəsəydi, si­zi vahid bir ümmət edərdi. La­kin O, istədiyini az­dırır, istə­di­yini də doğru yola yönəl­dir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.

Təfsir

Əgər Allah istəsəydi, si­zi haqq üzərində birləşən, vahid bir ümmət edərdi. La­kin Uca Allah istədiyini, haqdan və verdiyi vədlərə vəfalı olmaqdan məhrum edərək, Öz ədaləti ilə az­dırır və istə­di­yini də Öz lütfü ilə doğru yola müvəffəq edir. Siz Qiyamət günü dünyada ikən etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.

Oxuyucuda aç - Surəni tam oxu