Surə 16 · Cüz 14

An-Nahl · 16:60

لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ مَثَلُ السَّوْءِ ۖ وَلِلَّهِ الْمَثَلُ الْأَعْلَىٰ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ

60. Yaramaz sifət axirətə inan­ma­yan­lara xasdır. Ən Uca sifət isə Allaha məx­susdur. O, Qüd­rət­lidir, Hikmət sahibidir.

Təfsir

Axirətə iman etməyən kafirlərin, övlada möhtac olmaq, cəhalət və küfür etmək kimi sifətləri vardır. Allahın isə həmd-sənaya layiq, uca, kamillik, zənğinlik və elm kimi sifətləri vardır. Uca Allah Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz. O, yaratmasında, idarə etməsində və hökmlərində hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu