Surə 16 · Cüz 14
An-Nahl · 16:59
يَتَوَارَىٰ مِنَ الْقَوْمِ مِنْ سُوءِ مَا بُشِّرَ بِهِ ۚ أَيُمْسِكُهُ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُ فِي التُّرَابِ ۗ أَلَا سَاءَ مَا يَحْكُمُونَ
59. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!
Təfsir
Özünə qız uşağının doğulduğu xəbəri verildikdə bu bəd xəbər ucbatından qövmündən gizlənir. Öz-özünə, onun zəlillik və rüsvayçılıq içində saxlamaq, yoxsa diri-diri torpağa basdırması barədə düşünər. Müşriklərin verdikləri hökm necə də pis hökmdür. Onlar özlərinə sevmədikləri şeyləri Uca Allah üçün hökm vermişdilər.