Surə 16 · Cüz 14
An-Nahl · 16:61
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِظُلْمِهِمْ مَا تَرَكَ عَلَيْهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
61. Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.
Təfsir
Əgər Uca Allah insanları etdikləri zülmlərə və günahlara görə cəzalandırsaydı, yer üzündə heç bir insan yaxud da yer üzündə heç bir sürünən canlını qoymazdı. Lakin Allah onlara Öz elmi ilə bildiyi müəyyən vaxta qədər möhlət verir. Əvvəlcədən Öz elmi ilə təyin etdiyi vaxt gəlib yetişdikdə, hətta qısa bir müddətdə olsa belə, nə bircə an yubanar, nə də tezləşə bilər.