Surə 16 · Cüz 14
An-Nahl · 16:39
لِيُبَيِّنَ لَهُمُ الَّذِي يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ الَّذِينَ كَفَرُوا أَنَّهُمْ كَانُوا كَاذِبِينَ
39. Allah ölüləri dirildəcəkdir ki, ixtilafda olduqları şeyləri onlara bildirsin və kafirlər də özlərinin yalançı olduqlarını dərk etsinlər.
Təfsir
Uca Allah onlara tövhid, öldükdən sonra yenidən dirilmək və peyğəmbərlik barədə ixtilaf etdikləri məsələri bildirmək, kafirlərin, Allahın şərikləri olduğuna və öldükdən sonra yenidən dirilməyi inkar etmələrinə dair irəli sürdükləri iddialarının yalan olduğunu anlamaları üçün, onların hamısını Qiyamət günü yenidən dirildəcəkdir.