Surə 16 · Cüz 14
An-Nahl · 16:40
إِنَّمَا قَوْلُنَا لِشَيْءٍ إِذَا أَرَدْنَاهُ أَنْ نَقُولَ لَهُ كُنْ فَيَكُونُ
40. Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur.
Təfsir
Biz ölülərə həyat vermək və onları yenidən diriltmək istəsək, bunu etməmizə, Bizə mane ola biləcək heç bir qüvvə olmaz. Biz bir şeyin olmasını istədikdə, ona ancaq: "Ol!" – deyirik, o da dərhal istədiyimiz kimi olar.