Surə 16 · Cüz 14

An-Nahl · 16:38

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ ۙ لَا يَبْعَثُ اللَّهُ مَنْ يَمُوتُ ۚ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

38. Onlar Allaha möhkəm and içdi­lər ki: “Allah ölən bir kəsi di­rilt­mə­yə­cəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru və­di­nə görə olacaq, la­kin insanların çoxu bunu bil­mir.

Təfsir

Öldükdən sonra yenidən dirilməyi yalan sayan kimsələr, heç bir dəlilə əsaslanmadan, Allaha möhkəm and içərək: "Allah ölən bir kəsi yenidən bir daha di­rilt­mə­yə­cəkdir!" – dedilər. Əksinə! Allahın doğru və­di­nə əsasən, O, ölən hər bir kimsəni diriltəcəkdir. Lakin insanların əksəriyyəti, Allahın ölüləri yenidən dirildəcəyini bilmədikləri üçün bunu inkar edərlər!

Oxuyucuda aç - Surəni tam oxu