Surə 16 · Cüz 14
An-Nahl · 16:14
وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُوا مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
14. O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.
Təfsir
Dənizi də sizin xidmətinizə verən, ovladığınız balıqların təzə, yumuşaq ətidən yeməyiniz üçün dənizə çıxmanıza, sizin və qadınlarınızın taxıb istifadə etdiyiniz mərcan kimi bəzək şeylərini dənizin dibindən çıxarmanıza izin verən uca Allahdır. Sən gəmilərin, dənizin coşqun dalğalarını yara-yara üzüb getdiyini görürsən. Siz, Allahın lütfü ilə ticarət qazancı əldə etməyiniz üçün Allahın sizə bəxş etdiyi nemətlərə görə Ona şükür edib, yalnız Ona ibadət etmək ümüdü ilə o gəmilərə minirsiniz!