Surə 16 · Cüz 14

An-Nahl · 16:15

وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ

15. O, sizi silkələməsin de­yə, yer üzün­də möhkəm dağ­lar və düz­gün səmt gö­türəsi­niz deyə, çaylar və yollar ya­ratdı.

Təfsir

Uca Allah, yer üzü hərəkət edib sizi silkələməsin de­yə və onun sabit qalması üçün orada möhkəm dağ­lar ya­ratdı. Su içmənizin, mal-qaranızı və əkin sahələrinizi sulamanız üçün onun üzərindən nəhrlər axıtdı. Getmək istədyiniz istiqamətə azmadan, düz­gün səmt gö­türəsi­niz deyə, orada sizin üçün yollar çəkdi.

Oxuyucuda aç - Surəni tam oxu