Surə 16 · Cüz 14
An-Nahl · 16:13
وَمَا ذَرَأَ لَكُمْ فِي الْأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَذَّكَّرُونَ
13. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.
Təfsir
Uca Allah yer üzündə rəngləri bir-birindən fərqli olan mədənləri, heyvanları, bitkiləri, əkinləri də sizə ram etdi. Şübhəsiz ki, bu zikr edilənlərin yaradılmasında və onları sizin ixtiyarınıza verilməsində, düşünüb ibrət alan və Allahın hər bir şeyə qadir olduğunu anlayan insanlar üçün Allahın qüdrətinə dəlalət edən açıq-aydın dəlillər vardır.