Surə 16 · Cüz 14

An-Nahl · 16:115

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۖ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

115. O sizə ancaq ölü hey­va­nı, qanı, donuz ətini və Allah­dan baş­qa­sı üçün kəsilən hey­vanı haram etmişdir. Hər kəs harama meyl etmə­dən və həd­di aş­madan bun­lardan yemə­yə məcbur olarsa, ona günah gəl­məz. Həqiqətən, Allah Ba­ğışla­yan­dır, Rəhmlidir!

Təfsir

Uca Allah sizə yeyiləcək şeylərdən, kəsilmədən ölən heyvanları, axar qanı, hər bir parçası ilə donuz ətini və Allahdan başqası üçün qurban kəsilən heyvanların ətindən yeməyi haram etmişdir. Uca Allah bütün bunlar firavan və bolluq vaxtlarda haram etdi. Amma kim çarəsizlikdən, məcburiyyət qarşısında qalsa, zikir edilən bu harama iştah salmadan və həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yesə, ona heç bir günah olmaz. Həqiqətən Allah günahları bağışlayandır. Məcburiyyət qarşısında qalıb haramdan yediyi üçün Allah ona əzab verməz, əksinə, onu bağışlayar. Uca Allah zərurət halında haram olan bir şeyi yeməyi mübah etməklə, Öz qullarına qarşı mərhəmət etmişdir!

Oxuyucuda aç - Surəni tam oxu