Surə 16 · Cüz 14

An-Nahl · 16:116

وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَٰذَا حَلَالٌ وَهَٰذَا حَرَامٌ لِتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ ۚ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ

116. Dilinizin uydurduğu ya­lana əsa­sən: “Bu halaldır, o ha­ram­dır!”– demə­yin, çünki Alla­ha qarşı ya­lan uydur­muş olur­sunuz. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar nicat tap­maz­lar.

Təfsir

Ey Müşriklər! Allah adından yalan uydurmaq məqsədi ilə haram buyrulmayan şeyləri haram edərək, ya halal buyrulmayan şeyləri də halal edərək, Allah haqqında dilinizin uydurduğu yalanlarla əsa­sən: "Bu halal bir şeydir, bu isə haram bir şeydır!" – demə­yin. Şüb­hə­siz ki, Allaha qar­şı yalan uydu­ranlar istədiklərinə nail ola bilməz, qorxduqları şeydən də canlarını qurtara bilməzlər!

Oxuyucuda aç - Surəni tam oxu