Surə 16 · Cüz 14
An-Nahl · 16:114
فَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاشْكُرُوا نِعْمَتَ اللَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ
114. Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin.
Təfsir
Ey Allahın qulları! Allahın sizə ruzi olaraq verdiyi, xoşunuza gələn halal ruzilərdən yeyin. Əgər tək Allaha ibadət eidb və Ona heç bir şeyi şərik qoşmursunuzsa, Allahın sizə bəxş etdiyi bu nemətlərini məhz Uca Allahın bəxş etdiyini etiraf edib və bunları Allahın sevib və razı qaldığı işlərə sərf etməklə bu nemətlərə görə Uca Allah şükür edin!