Surə 16 · Cüz 14

An-Nahl · 16:113

وَلَقَدْ جَاءَهُمْ رَسُولٌ مِنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظَالِمُونَ

113. Onlara özlərindən bir elçi gəldi. Onlar isə onu ya­lan­çı say­dı­lar. Buna gö­rə də zülm et­dikləri zaman əzab onları ya­xaladı.

Təfsir

Artıq Məkkə xalqına öz içərilərindən sadiqliyinə və dürüst bir insan olduğuna yaxşı bələd olduqları bir peyğəmbər gəldi. Bu, Muhəmməd peyğəmbərdir (sallallahu aleyhi və səlləm). Lakin onlar, Rəbbindən ona nazil edilən ayələri yalan saydılar. Bu səbəbdən Allah onlara acılq və qorxu əzabı göndərdi. Onlar isə Allaha şərik qoşmaq və peyğəmbəri ya­lan­çı say­maqla nəfslərini həlaka sürükləyərək, özlərinə zülm et­dilər.

Oxuyucuda aç - Surəni tam oxu