Surə 16 · Cüz 14
An-Nahl · 16:112
وَضَرَبَ اللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ
112. Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) məsəl çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü.
Təfsir
Uca Allah sizə, əhalisi əmin-amanlıq içində yaşayan, heç bir kimsədən qorxmayan, çevrələrindəki adamlar qamarlanıb götürüldüyü, əsir alındığı, öldürüldüyü, qarət edildiyi halda, özləri isə təhlükəsizlik içərisində yaşayan, ruzisi hər bir tərəfdən rahat və məşəqqətsiz gələn bir diyarı - Məkkəni - məsəl çəkir. Bu diyarın əhalisi Allahın onlara bəxş etdiyi nemətlərə nankaorluq edib, buna görə Allaha şükür etmədilər. Allah da onların yalan sayıb, küfür etdiklərinə cəza olaraq onları şiddətli aclıq və qorxu libasına bürüdü.