Surə 16 · Cüz 14

An-Nahl · 16:111

۞ يَوْمَ تَأْتِي كُلُّ نَفْسٍ تُجَادِلُ عَنْ نَفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ

111. O gün hər kəs öz ca­nı­nı qurtar­mağa çalışacaq, hər kəsə et­di­yi əməl­lə­rin əvəzi tam verilə­cək və onlara zülm edil­məyə­cəkdir.

Təfsir

Ey Peyğəmbər! Qiyamətin dəhşətindən hər bir kəsin başqasını deyil yalnız öz canını qurtarmaq üçün çalışacağı bir günü xatırla. O gün hər kəsə et­di­yi xeyir və şər əməl­lə­rin əvəzi tam verilə­cək və onlara etdikləri yaxşı əməllərini naqis edilməklə və ya etdikləri günahları artırmaqla zülm edil­məyə­cəkdir!

Oxuyucuda aç - Surəni tam oxu