Surə 16 · Cüz 14

An-Nahl · 16:106

مَنْ كَفَرَ بِاللَّهِ مِنْ بَعْدِ إِيمَانِهِ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالْإِيمَانِ وَلَٰكِنْ مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

106. Qəlbi imanla sabit qal­dığı halda haqqı danmağa məc­bur edi­lən kəslər is­tisna ol­maq­la, kim iman gətirdikdən sonra Allahı in­kar etsə və qəlbini küf­rə açsa, Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır.

Təfsir

Allaha küfr etmək məcburiyyəti qarşısında qalaraq, qəlbi imanla sabit olduğu halda, dili ilə küfr sözünü söyləməyə məc­bur edi­lən və qəlbindəndə onu təsdiqləməyən kəslər müstəsna ol­maq­la, kim Allaha iman gətirdikdən sonra qəlbini küf­rə açaraq, öz ixtiyarı ilə Allaha küfr etməyi seçib, küfr sözünü söyləyərsə, o, mürtəd olub, İslamdan çıxar və Allahın qəzəbinə dü­çar olar. On­lar üçün böyük bir əzab vardır!

Oxuyucuda aç - Surəni tam oxu