Surə 16 · Cüz 14
An-Nahl · 16:107
ذَٰلِكَ بِأَنَّهُمُ اسْتَحَبُّوا الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
107. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir.
Təfsir
Onların mürtəd olub İslam dinindən çıxma səbəbi, Allaha qarşı etdikləri küfrə əvəz olaraq fani dünya həyatında əldə etdikləri keçici dünya malını axirət həyatından üstün tutduqlarına görədir. Həqiqətən, Allah, kafir qövmü doğru yola müvəffəq etməz, əksinə onları rəzil və rüsvay edər!