Surə 16 · Cüz 14
An-Nahl · 16:105
إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِآيَاتِ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْكَاذِبُونَ
105. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Məhz onlardır yalançılar.
Təfsir
Muhəmməd (sallallahu aleyhi və səlləm) Rəbbindən sizə gətirdiyi dində əsla yalanı danışmır. Yalanı uyduranlar Allahın ayələrini təsdiq etməyən kimsələrdir. Çünki onlar Allahın əzabından qorxmayan və Onun mükafatına ümüd bəsləməyən kimsələrdir. Küfrlə vəsf edilən bu kimsələr sözün həqiqi mənasında kafir olanlardır. Çünki yalan söyləmək artıq onların adətinə çevrilişdir.