Surə 14 · Cüz 13
Ibrahim · 14:9
أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِكُمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ ۛ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا اللَّهُ ۚ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرَدُّوا أَيْدِيَهُمْ فِي أَفْوَاهِهِمْ وَقَالُوا إِنَّا كَفَرْنَا بِمَا أُرْسِلْتُمْ بِهِ وَإِنَّا لَفِي شَكٍّ مِمَّا تَدْعُونَنَا إِلَيْهِ مُرِيبٍ
9. Sizdən əvvəlkilərin – Nuh qövmünün, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Onlar haqqında Allahdan başqa heç kəs bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz tövhid barəsində şübhə doğuran şəkk içindəyik!”
Təfsir
Ey Kafirlər! Sizdən əvvəlkilərin – Nuh qövmünün, Ad, Hud, Səmud və Saleh tayfalarının və həmçinin onlardan sonra yaşayıb, peyəmbərləri yalan sayan qövmlərin həlak olma xəbəri sizə gəlib çatmadımı? Onlar çoxdur, onların sayını Allahdan başqa heç kəs bilməz. Halbuki elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə elçilərə olan qəzəblərindən dolayı əllərini ağızlarının üstünə qoyub, barmaqlarını çeynəyərək elçilərə belə dedilər: "Şübhəsiz ki, biz sizinlə göndərilənlərə inanmırıq və bizləri çağırdığınız şey barəsində şübhə doğuran şəkk içindəyik!".