Surə 14 · Cüz 13
Ibrahim · 14:8
وَقَالَ مُوسَىٰ إِنْ تَكْفُرُوا أَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ
8. Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”.
Təfsir
Musa qövmünə dedi: "Ey Qövmüm! Əgər siz və sizinlə birgə bütün yer üzündə olanların hamısı kafir olsanız, bunun zərəri yalnız özünüzə olacaqdır. Çünki Allah, zəngindir, Onun heç bir şeyə ehtiyacı yoxdur. Həmd-sənalara yalnız O layiqdir. Möminin iman etməsi Ona fayda vermədiyi kimi, kafirində küfür etməsi Ona heç bir zərər verməz!".