Surə 14 · Cüz 13
Ibrahim · 14:7
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
7. O zaman Rəbbiniz belə bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.
Təfsir
Musa onlara belə dedi: "Rəbbiniz bu əmrini xatırlayın: Əgər sizə zikr edilən nemətlərə görə Allaha şükür etsəniz, Allah sizə olan nemətini və lütfünü bir qədər də artırar, yox əgər nankorluq edib, bu nemətlərə görə Allaha şükür etməsəniz, bilin ki, nankorluq edib, nemətlərə şükür etməyənə qarşı Mənim əzabım şiddətlidir!"