Surə 14 · Cüz 13

Ibrahim · 14:10

۞ قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ قَالُوا إِنْ أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا تُرِيدُونَ أَنْ تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتُونَا بِسُلْطَانٍ مُبِينٍ

10. Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”.

Təfsir

Elçiləri onlara cavab olaraq belə dedilər: "Məgər Allahın vəhdaniyyətində və Onun tək ibadətə layiq olmasında şəkk-şübhə varmı? O, göy­ləri və yeri yaradan və onların hər ikisinidə misilsiz olaraq yoxdan var edəndir. Allah, keçmiş günahlarınızı bağışlamaq və dünya həyatındakı əcəlinizi tamamlamanız üçün əvvəlcədən müəyyən edilmiş vaxt gəlib çatana qədər sizi Özünə iman etməyə çağırır. Qövmləri elçilərə belə de­dilər: "Siz də bizim kimi bir bəşər övladısınız. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Siz bizi atala­rımızın ibadət et­dikləri bütlərdən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə, özünüzün həqiqətən də Allah tərəfindən göndərilən elçilər olduğunuza dəlalət edən açıq-ay­dın bir dəlil gətirin!".

Oxuyucuda aç - Surəni tam oxu