Surə 14 · Cüz 13
Ibrahim · 14:11
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِنْ نَحْنُ إِلَّا بَشَرٌ مِثْلُكُمْ وَلَٰكِنَّ اللَّهَ يَمُنُّ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَمَا كَانَ لَنَا أَنْ نَأْتِيَكُمْ بِسُلْطَانٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
11. Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.
Təfsir
Peyğəmbərləri onlara cavab olaraq belə dedilər: "Biz də sizin kimi bir insanıq. Biz bu işdə sizinlə eyni olduğumuzu inkar etmirik. Bizim, sizin kimi bir insan olmağımız heç də bütün işlərdə sizinlə eyni dərəcədə olmağımız anlamında deyil. Uca Allah qullarından istədiyinə xüsusi olaraq nemət bəxş edir və onlar içərisindən seçib insanlara elçi göndərir. Allahın istəyi olmadan biz, sizin bizdən tələb etdiyiniz heç bir dəlili gətirə bilmərik. Çünki sizə hər hansı bir dəlili gətirmək bizim ixtiyarımızda olan bir iş deyil. Əksinə, buna yalnız Allah qadirdir. Elə buna görə də möminlər bütün işlərində yalnız Allaha təvəkkül etsinlər!".