Surə 14 · Cüz 13

Ibrahim · 14:12

وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللَّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَا آذَيْتُمُونَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ

12. Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Alla­ha təvəkkül et­məyək? Si­zin bi­zə verdiyiniz əziy­yət­lə­rə dö­zə­cəyik. Qoy təvəkkül edən­lər an­caq Allaha təvəkkül et­sinlər”.

Təfsir

Hansı maneə və ya hansı üzür bizimlə Allaha təvəkkül etməyin arasını ayıra bilər?! Allah bizi ən düz və ən aydın bir yola yönəltmişdir. Bi­zi yalan sayıb və bizə istehza edərək verdiyiniz əziy­yət­lə­rə səbir edəcəyik. Elə buna görə də mö­minlər bütün işlərində yalnız Alla­ha təvək­kül etsinlər!".

Oxuyucuda aç - Surəni tam oxu