Surə 14 · Cüz 13
Ibrahim · 14:46
وَقَدْ مَكَرُوا مَكْرَهُمْ وَعِنْدَ اللَّهِ مَكْرُهُمْ وَإِنْ كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ الْجِبَالُ
46. Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyil.
Təfsir
Zalım ümmətlərin yurdlarında məskunlaşanlar Muhəmməd Peyğəmbəri (sallallahu aleyhi və səlləm) öldürmək və onun dəvətinə son qoymaq üçün hiylələr qururdular. Halbuki Allah onların qurduqları hiylələri bilir və bundan Allaha heç bir şey gizli qalmaz. Onların hiyləsi zəyifdir. Allahın onlar üçün qurduğu hiylənin əksi olaraq, onların hiyləsi, zəyifliyinə görə nə dağları nə də ki, başqa hər hansı bir şeyi yerindən tərpətməyə qadir deyil.