Surə 14 · Cüz 13

Ibrahim · 14:47

فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ

47. Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Hə­qiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir.

Təfsir

Ey Peyğəmbər! Allahın Öz elçilərinə onlara qalibiyyət verəcəyinə və dini aşkar edəcəyinə dair ver­diyi vədinə xilaf çıxacağını əsla zənn etmə! Şübhəsiz ki, Allah qüd­rət­lidir, kimsə Onu məğlub edə bilməz. O, Öz dostlarını izzətli edəcəkdir. Həmçinin, Öz düşmənlərindən və elçilərinin düşmənlərindən şiddətli in­tiqam almağa qadirdir.

Oxuyucuda aç - Surəni tam oxu