Surə 14 · Cüz 13
Ibrahim · 14:45
وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ
45. Siz özlərinə zülm edənlərin yurdlarında sakin oldunuz. Onlara nələr etdiyimiz sizə aydın oldu və sizə misallar da çəkdik”.
Təfsir
Allaha küfr etməklə özlərinə zülm edən Hud və Saleh qövmü kimi keçmiş ümmətlərin diyarlarında sakin oldunuz. Onları necə məhv etdiyimiz sizə aydın oldu. Öyüd-nəsihət almanız üçün sizə Allahın Kitabda bir çox misallar da çəkdik. Amma siz isə bundan öyüd-nəsihət almadınız.