Surə 14 · Cüz 13
Ibrahim · 14:17
يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ۖ وَمِنْ وَرَائِهِ عَذَابٌ غَلِيظٌ
17. O bunu qurtum-qurtum içəcək, amma onu uda bilməyəcəkdir. Ona hər yandan ölüm gələcək, lakin o, ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcək.
Təfsir
İrinli-qanlı suyun acılığının, hərarətinin və üfunətli iyinin şiddətindən dolayı zorla, özünü məcbur edərək onu qurtum-qurtum içməyə çalışacaq, amma onu uda bilməyəcəkdir. Üz verən əzabın şiddətindən ona ölüm hər yandan gələcək, lakin o, ölüb canını bu dəhşətli əzabdan qurtarıb, rahat ola bilməyəcəkdir. Əksinə, sağ qalıb əzabdan ah-nalə çəkəcəkdir. Qarşısında onu gözləyən dəhşətli başqa bir də əzab olacaqdır.