Surə 14 · Cüz 13
Ibrahim · 14:16
مِنْ وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِنْ مَاءٍ صَدِيدٍ
16. Qabaqda onu Cəhənnəm gözləyir; orada ona irinli su içirdiləcək.
Təfsir
Təkəbbürlük edən bu kimsənin, Qiyamət günü qarşısında Cəhənnəm vardır. Cəhənnəm onu gözləməkdədir. Orada ona cəhənnəm əhlinin bədənindən axan irin içirdiləcəkdir. Bu isə onun susuzluğunu yatırmayacaqdır. Ona orada susuzluq və başqa əzab növləri ilə əzab verilməkdə hey davam ediləcəkdir.