Surə 14 · Cüz 13
Ibrahim · 14:18
مَثَلُ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ ۖ لَا يَقْدِرُونَ مِمَّا كَسَبُوا عَلَىٰ شَيْءٍ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
18. Rəbbini inkar edənlərin misalı – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur.
Təfsir
Kafirlərin sədəqə vermək, insanlara yaxşılıq və zəyiflərə mərhəmət etmək kimi etdikləri yaxşı əməllərinin misalı qasırğanın şiddətli olduğu bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir ki, külək də onu şiddətli bir şəkildə havaya sovurar və ondan heç bir əsər-əlamət qalmayana qədər onu hər tərəfə yayıb səpələyər. Kafirlərin əməlləridə belədir. Onların etdikləri küfür əməlləri, dünyada ikən etdikləri yaxşı əməllərini puç edər. Beləliklə də etdikləri yaxşı əməlləri qiyamət günü onlara heç bir faydası olmaz. İman təməli üzərində edilməyən hər bir əməl haqq yoldan azmaq və zəlalətdir.