Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:7
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ
7. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni var.
Təfsir
Allaha küfr edən kimsələr - insanları Allahın yolundan döndərərək və inadkarlıq edərək - deyirlər: "Kaş ki, Musaya və İsaya nazil edildiyi kimi Muhəmmədə də, Rəbbindən bir möcüzə endiləydi?" Ey Peyğəmbər! Sən ancaq insanları Allahın əzabından xəbərdar edib qorxudansan. Allahın sənə bəxş etdiyi möcüzələrdən başqa özündən heç bir möcüzə gətirməyə qadir deyilsən. Hər qövmün, onlara haqq yolu göstərən və haqqa çağıran bir peyğəmbəri var!