Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:8
اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنْثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِمِقْدَارٍ
8. Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü var.
Təfsir
Allah hər bir dişinin bətnində nə daşıdığını və hər bir şeyi biləndir. Bətnlərdə olan naqisliyi və kamilliyi, sağlam olanı da xəstə olanıda bilir. Allah qatında hər şeyin müəyyən ölçüsü vardır. Bu ölçü, nə artar nə də ki, azalar.