Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:6

وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ

6. Müşriklər səni yaxşılıq­dan öncə pisliyə – əzabın gəl­məsinə tə­ləs­dirirlər. Halbuki onlardan əv­vəl neçə-neçə ibrə­ta­miz cə­za­lar olub keçmişdir. Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq tövbə edənləri ba­ğış­la­yır. Söz­süz ki, Rəbbinin cə­zası şiddət­li­dir.

Təfsir

Ey Peyğəmbər! Müşriklər səni əzabın onlara tez bir zamanda gəlməsi üçün tələsdirirlər. Allahın onlara əzəldən yazdığı nemətlərin özlərinə tamamlanmasından öncə əzabın özlərinə gec gəldiyni zənn edirlər. Halbuki onlardan əv­vəl peyğəmbərləri yalan sayan ümmətlərə neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Axı onlar nə üçün olub keçənlərdən ibrət almırlar?! Ey Peyğəmbər! Həqi­qə­tən, Rəb­bin insanların zalımlığına bax­ma­ya­raq yenə də onları ba­ğış­la­yandır və Allaha tövbə etmələri üçün onlara əzab verməyə tələsməz. Sözsüz ki, əgər küfür əməllərdə israr edib, Allaha tövbə etməsələr, Allah onlara şiddətli əzab verməyədə qadirdir!

Oxuyucuda aç - Surəni tam oxu