Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:43

وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ

43. Kafirlər deyirlər: “Sən gön­dəril­miş elçi deyilsən!” De: “Mə­nim­lə sizin aranızda Alla­hın və Kitabı bilən kim­sə­nin şahid ol­ma­sı yetər.”

Təfsir

Kafir olanlar: "Ey Muhamməd! Sən Allah tərəfindən gön­dəril­miş bir elçi deyilsən!" – deyirlər. Ey Peyğəmbər! Onlara belə de: "Rəbbim tərəfindən sizə göndərilən bir elçi olmağıma mə­nim­lə sizin aranızda Alla­hın və içərisində mənim vəsflərin keçdiyi səmavi kitabları bilən kim­sə­nin şahid ol­ma­sı yetər. Allaha kimin doğru olduğuna şahidlik edərsə bu zaman yalan sayanların yalan sayması ona heç bir zərər verməz!".

Oxuyucuda aç - Surəni tam oxu