Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:42

وَقَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ

42. Onlardan əvvəlkilər də hiylə qur­dular. Halbuki bütün hiy­lə­lər Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Ka­fir­lər Axi­rət yurdunun kimin ola­ca­ğını bilə­cəklər.

Təfsir

Əvvəlki ümmətlər də öz peyğəmbərlərinə qarşı hiylə qurdular və onların təbliğ etdiklərini yalan hesab etdilər. Onların peyğəmbərlərə qarşı qurduqları hiylənin nə faydası oldu?! Heç bir faydası olmadı. Çünki hiylə quran hər kəsin hiyləsi, Allahın təqdir və tədbirindən kənara çıxa bilməz. Uca Allah hər kəsin nə qazandığını bilir və onların əməllərindən Allaha heç bir şey gizli qalmaz. Məhz o zaman onlar dünyada ikən Allaha iman etmədiklərinə görə özlərinin nə qədər xəta etdiklərini, Allaha iman edən möminlərin də nə qədər doğru əməl etdiklərini və beləliklə də, Cənnətə və ən gözəl sonluğa nail olduqlarını biləcəklər.

Oxuyucuda aç - Surəni tam oxu