Surə 14 · Cüz 13

Ibrahim · 14:1

الر ۚ كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

1. Əlif. Ləm. Ra. Bu, insan­la­rı öz Rəb­binin izni ilə qa­ran­lıq­dan nu­ra – Qüd­rət­li, Tə­rifə­la­yiq Allahın yoluna çı­xart­maq üçün sənə na­zil etdiyimiz bir Kitabdır.

Təfsir

﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Ey Peyğəmbər! Bu Quran, Allahın istəyi və köməyi ilə insan­la­rı küfr, cəhalət və zəlalət çirkabından, iman, elm və hər bir şeydə həmd-sənaya layiq, kimsənin qalib gələ bilməyəcəyi İzzət sahibi olan Allahın yoluna, İslam dininə çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

Oxuyucuda aç - Surəni tam oxu