Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:37
وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ
37. Beləliklə biz Quranı ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar.
Təfsir
Ey Peyğəmbər! Biz əvvəlki kitabları hər qövmün öz dillərində nazil etdiyimiz kimi, Quranı da sənə haqqı açıq-aydın bəyan edən ərəbcə bir kitab olaraq nazil etdik. Ey Peyğəmbər! Əgər Allahın sənə öyrətdiyi bu elm gəldikdən sonra Kitab əhlinin nəfislərinə xoş gəlməyən hökmləri Qurandan silmək istəklərinə tabe olsan, səni Allahdan başqa işlərinə nə himayə edən, düşmənlərin üzərində qələbə çalmağa sənə yardım nə edən və nə də ki, səni Allahın əzabından qoruyan heç bir köməkçin yoxdur!