Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:38

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ

38. Biz səndən əvvəl də el­çilər gön­dərdik və onlara zöv­cələr və övladlar ver­dik. Heç bir elçi Alla­hın izni olma­dan bir ayə gətirə bil­məzdi. Hər vaxtın bir yazısı var.

Təfsir

Ey Peyğəmbər! Biz səndən öncə də Adəm övladından olan elçilər gön­dərdik. Sən heç də elçilərin birincisi deyilsən. Biz o elçiləri evlənməyən, dünyaya övlad gətirməyən mələklər kimi etmədik, əksinə onlara başqa insanlar kimi zöv­cələr və övladlar ver­dik. Sən də, özündən əvvəl gəlib-getmiş, evlənən və övladı olan elçilərdən birisən. Axı müşriklər nə üçün sənin belə olduğundan təəccüb edirlər? Heç bir elçi Alla­hın izni olma­dan özündən heç bir möcüzə gətirməyə qadir deyil. Allahın təqdir etdiyi hər bir iş əvvəlcədən kitabda qeyd edilmişdir. Kitabda qeyd edilən vaxtdan nə tez olar, nə də gec.

Oxuyucuda aç - Surəni tam oxu