Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:36
وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ
36. Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də var ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız Ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız Onadır!”
Təfsir
Ey Peyğəmbər! Yəhudilərdən özlərinə Tövrat yerdiyimiz bəzi kimsələr və həmçinin nəsranilərdən özlərinə İncil verdiyimiz bəzi kimsələr özlərinə nazil edilənin bəzisinin sənə nazil edilənlə üst-üstə düşdüyü üçün sevinirlər. Yəhudi və nəsrani tayfaları arasında eləsi də var ki, sənə nazil edilən öz havalarına müvafiq olmadığı üçün onun bir qismini inkar edir və ya onun dəyişdirilib təhrif edildiyini itihham etməklə sənə nazil edilənlərin bir qismini inkar edirlər. Ey Peyğəmbər! Onlara de: "Şübhəsik ki, Allaha mənə yalnız Ona ibadət etməyi və Ona heç bir şeyi şərik qoşmamaq əmr edilmişdir. Mən yalnız Ona dua edirəm, Ondan başqa heç kimsəyə dua etmirəm və mənin dönüşümdə yalnız Onadır. Tövrat və İncildə insanlara elə bunları əmr etmişdir!"