Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:35

۞ مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوْا ۖ وَعُقْبَى الْكَافِرِينَ النَّارُ

35. Müttəqilərə vəd edilmiş Cən­nə­tin vəsfi belədir; onun ağac­la­rı altından çaylar axar və onun yeməkləri də, köl­gəsi də daimidir. Müt­təqilərin aqi­bəti budur. Kafir­lərin aqibəti isə Oddur.

Təfsir

Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə Allahın vəd etdiyi Cən­nə­tin vəsfi belədir: onun qəsrləri və ağac­la­rı altından çaylar axar, dünya meyvələrinin tam əksi olaraq orada olan meyvələr heç vaxt zaval olmayan, davamlıdır, köl­gəsi də daimidir, əsla yox olmaz və yaxud qısalmaz. Bu gözəl aqibət , Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müt­təqilərə aiddir. Kafir­lərin aqibəti isə içərisində əbədi qalacaqları Cəhənnəm atəşidir.

Oxuyucuda aç - Surəni tam oxu