Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:34
لَهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ
34. Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz.
Təfsir
Onlar üçün dünya həyatında möminlər tərəfindən qətlə yetirilmək və möminlərə əsir düşməklə əzaba düçar olmaq vardır. Onları axirətdə gözləyən əzab isə şiddətli və daimi olduğuna görə dünya əzabından daha məşəqqətli və daha ağırdir. Qiyamət günü onları Allahın əzabından qoruyan kimsə yoxdur.