Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:26

اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا بِالْحَيَاةِ الدُّنْيَا وَمَا الْحَيَاةُ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مَتَاعٌ

26. Allah istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Onlar dünya hə­yatı ilə se­vi­nirlər. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici bir zövq­dür.

Təfsir

Uca Allah qullarından istədiyinin ruzisi­ni bol edər, istədiyininkini də azal­dar. Allahın kiminsə ruzisini bol etməsi, heç də Allahın onu sevməsinin və onun xoşbəxt və ya kimin də ruzisinin az etməsi isə onun bədbəxt bir insan olmasının əlaməti deyildir. Kafirlər dünya hə­yatı ilə se­vi­nib ona arxayınlaşdılar. Halbuki dünya hə­yatı axi­rətlə mü­qayisədə ke­çici, fani kiçik bir zövq­dən başqa bir şey deyildir.

Oxuyucuda aç - Surəni tam oxu