Surə 13 · Cüz 13

Ar-Ra'd · 13:25

وَالَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ

25. Allahla əhd bağladıq­dan sonra onu pozan, Allahın qo­vuş­du­rulmasını əmr etdiyi şey­ləri kəsən və yer üzündə fitnə-fəsad tö­rə­dənlərə gəlincə, on­lar üçün lənət və pis yurd var­dır.

Təfsir

Allahla möhkəm bir əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi qohumluq əlaqələrini kəsənlər, Allaha qarşı günahlar etməklə yer üzündə fitnə-fəsad yayanlar, Allahın rəhmətindən uzaq düşən bədbəxt kimsələrdir. Onlar üçün pis sonluq vardır. Bu da Cəhənnəm atəşidir.

Oxuyucuda aç - Surəni tam oxu