Surə 13 · Cüz 13
Ar-Ra'd · 13:27
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ
27. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”.
Təfsir
Allaha və Onun ayələrinə küfr edənlər deyirlər: "Kaş, Muhəmmədin doğruluğuna dəlalət edən ona Rəbbindən bir hissi möcüzə nazil ediləydi və bizdə bu möcüzəni görüb ona iman gətirəydik?" Ey Peyğəmbər! Bu düşüncədə olan kimsələrə de: "Şübhəsiz ki, Allah istədiyini öz ədaləti ilə azdırır və tövbə edib Ona üz tutan kimsəni Öz lütfü ilə doğru yola yönəldir. Allahın mövcüzə endirməsi səbəbi ilə kiminsə hidayətə gəlməsi heç də onların əlində olan bir iş deyildir, hidayət yalnız Allahın əlindədir!".