Surə 11 · Cüz 12
Hud · 11:92
قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُمْ مِنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ
92. O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.
Təfsir
Şueyb qövmünə dedi: "Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Rəbbiniz olan Allahdan da daha əziz və hörmətlidirmi ki, Onun sizə peyğəmbər göndərdiyinə iman gətirməyərək, Allaha arxa çevirirsiniz?! Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir. Əməllərinizdən Ona heç bir şey gizli qalmaz. O sizi bu çirkin əməllərinizə görə dünyada məhv edəcək və axirətdə isə azaba düçar edəcəkdir!