Surə 11 · Cüz 12
Hud · 11:93
وَيَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ ۖ وَارْتَقِبُوا إِنِّي مَعَكُمْ رَقِيبٌ
93. Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”.
Təfsir
Ey qövmüm! Bacardığınız qədər istədiyinizi edin, mən də bacardığım qədər istədiyimi edəcəyəm. Sonra rüsvayedici əzabın bizlərdən kimə gələcəyini və kimin öz iddiasında yalançı olduğunu tezliklə görəcəksiniz. Elə isə Allahın hökmünü gözləyin, mən də sizinlə birlikdə gözləyirəm".