Surə 11 · Cüz 12
Hud · 11:91
قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ ۖ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ
91. Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”.
Təfsir
Şueybin qövmü ona belə dedi: "Ey Şueyb! Biz sənin gətirdiyin bu dinin çoxunu anlamırıq. Gözlərin zəyif gördüyünə və ya kor olduğuna görə biz səni öz aramızda gücsüz bir insan hesab edirik. Əgər dinimizə tapınan qəbilən olmasaydı, səni daşqalaq edərək öldürərdik. Sən bizim üçün heç də elə böyük bir adam deyilsən ki, səni öldürməkdən qorxub çəkinək. Biz səni yalnız qəbilənə hörmət olaraq öldürməyib tərk edirik".