Surə 11 · Cüz 12
Hud · 11:82
فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِنْ سِجِّيلٍ مَنْضُودٍ
82. Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.
Təfsir
Lut tayfasının məhvi barəsində əmrimiz gəldikdə oranın yaşadığları kəndi göyə qaldırıb, altını üstünə çevirdik və onların üzərinə növbə ilə bir-birinin dalınca ardıcıl olaraq gil daşları yağdırdıq.