Surə 11 · Cüz 12
Hud · 11:83
مُسَوَّمَةً عِنْدَ رَبِّكَ ۖ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ
83. O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir.
Təfsir
Bu daşlar, Allah yanında xüsusi əlamətlə nişanlanmış daşlardır. Bu daşlar Qureyşdən və onlardan başqa olan zalımlardan da uzaq deyildir. Əksinə, bu daşlar onlara yaxındır. Allah nə zaman onların üzərinə bu daşları yağdırmağı qərar versə, elə o zaman da onlara bu daşlar isabət edər.